FHN-nin əməliyyat görüntüləri - VİDEO

Xəbərlər

16.05.2023 - 13:11

cedabet dərman SEO Xidməti

Yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib

Ötən sutka ərzində 18 yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma və bir yol-nəqliyyat hadisəsi faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 6 nəfər, o cümlədən Quba rayonunun Digah kəndində  VAZ və “Mercedes” markalı iki minik avtomobilinin toqquşması nəticəsində avtomobildə sıxılmış vəziyyətdə qalan bir nəfər xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş