FETÖ-yə qarşı növbəti əməliyyat: 36 hərbçi saxlanılıb

Dünya

15.03.2021 - 14:11

Terrorçularla əlaqədə şübhəli bilinən hərbçilərə qarşı əməliyyatlar davam etdirilir

 

Türkiyə Ordusunun FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularına qarşı növbəti genişmiqyaslı əməliyyat keçirilib. AYNA Türkiyə mediasına istinadən bildirir ki, ölkənin 32 vilayətində paralel əməliyyatlar aparılıb.

 

FETÖ terror təşkilatları ilə əlaqədə şübhəli bilinən 36 nəfər saxlanılıb. Onlardan 24-ü fəaliyyətdə, 3-ü təqaüddə olan, digərləri isə Türkiyə Ordusu sıralarından xaric edilən hərbiçilərdir.

 

Bildirilir ki, terrorçularla əlaqədə şübhəli bilinən hərbçilərə qarşı əməliyyatlar davam etdirilir.

Müəllif: Ayna.az