"Fənərbaxça" öz meydanında uduzub

İdman

18.02.2022 - 01:51

Həkimlər Klinikalar SEO Xidməti

“Slaviya” ciddi üstünlük əldə edib

Konfrans Liqasında pley-off mərhələsi start götürüb. AYNA-nın Apasport.az-a istinadən məlumatına görə, Türkiyənin bu turnirdəki yeganə təmsilçisi “Fənərbaxça” ilk oyununa çıxıb.

İstanbul klubu Çexiya “Slaviya”sını doğma arenasında qəbul edib. Görüşdə hesabı qonaqlar açıb. 45-ci dəqiqədə İbrahim Traore “Slaviya”nı önə keçirib. “Sarı-lacivərdlilər”in buna cavabı 58-ci dəqiqədə gəlib. Dimitrios Pelkas status-kvonu bərpa edib.

Lakin türkiyəlilərin sevinci qısa sürüb. Oskar Dorley (62) və Andrey Linqr (64) 3 dəqiqə ərzində ev sahiblərini iki dəfə mərkəzə dəvət edib. İsmayıl Kartalın yetirmələrinin gücü fərqi minimuma endirməyə çatıb. Ferdi Kadıoğlu 83-cü dəqiqədə fərqlənib. Beləliklə, səfərdən 3:2 hesablı qələbə ilə dönən “Slaviya” ciddi üstünlük əldə edib.

Bu komandalar arasında cavab görüşü fevralın 24-də Praqada keçiriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş