Rusiya və Latviya ilə sərhədə tikanlı məftillər çəkilir
Estoniya miqrant axını səbəbiylə Rusiya və Latviya ilə sərhəddə təhlükəsizlik tədbirlərini artırıb. AYNA-nın “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Estoniya Polis və Sərhəd Mühafizə İdarəsinin rəis müavini Eqert Beliçev bildirib.
Onun sözlərinə görə, sərhəd idarəsi Litva-Belarus ssenarisinin təkrarlanacağına inanmır, lakin miqrasiya şimala doğru irəliləsə, Estoniya qanunsuz mühacirlərin tapdağı altında qalacaq.
“Şərq sərhədində - Rusiya ilə yeni sərhəd infrastrukturu yaratmağa davam edirik. Estoniyaya qanunsuz daxil olmağı çətinləşdirmək istəyirik. Tədbirlər yalnız tikanlı məftillər çəkməkdən ibarət deyil, bütün nəzarət cihazlarından istifadə olunacaq”, deyə Beliçev deyib.
Bundan əvvəl Litva hərbçiləri miqrasiya böhranının kəskinləşməsi fonunda Belarusla sərhədə tikanlı məftillər çəkməyə başlayıb. Məftillər Litva-Belarus sərhədinin Druskininkskaya zastavasının yaxınlığında 30 kilometrlik bir hissə boyunca uzanacaq. Litva Sərhəd Mühafizəsi Departamentinin məlumatına görə, həmin istiqamətdə 500-dən çox qaçqın saxlanılıb.