Ermənistanın parlament müxalifəti spiker seçkisinin nəticələrini tanımır

Dünya

03.08.2021 - 13:34

Həkimlər Klinikalar SEO Xidməti

Artsvik Minasyan parlamentin iclasında spiker seçkilərinin qanunsuz olduğunu bildirib

 

Ermənistanın “Ermənistan” və “Şərəfim var” müxalif parlament fraksiyaları spiker seçkilərinin nəticələrinin etibarsız sayılması tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət edəcək.

 

AYNA erməni mediasına istinadən xəbər verir ki, “Ermənistan” fraksiyasının üzvü Artsvik Minasyan parlamentin iclasında spiker seçkilərinin qanunsuz olduğunu bildirib: “Çünki spiker vəzifəsinə namizədliyi irəli sürülən həbs olunmuş deputatlar Mxitar Zakaryan və Artur Sarkisyanın buna imkanları yox idi.  Onlar seçkilərdə iştirak etməyiblər”.

 

“Toxunulmazlıq hüququnun mövcud olduğunu nəzərə alsaq, həbslər qanunsuzdur”, - deyə o, bildirib.

 

Qeyd edək ki, Alen Simonyan dünən Ermənistan Parlamentinin spikeri seçilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş