Davtyanın ardınca Martirosyan və Sarkisyan da ərizə yazıb
Ermənistanda Baş Qəragah rəisi Artka Davtyanın ardınca daha bir neçə yüksək rütbəli şəxs postunu tərk edib. AYNA düşmən ölkə mətbuatına istinadən bildirir ki, ölkənin Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Eduard Martirosyan da istefa ərizəsi yazıb.
O, 3 ay idi ki, bu vəzifədə işləyirdi. Digər tərəfdən, ölkə polisinin rəhbəri Armen Sarkisyan da istefa verib. Güc strukturları rəhbərlərinin istefası koronavirusla bağlı sanitar qaydalara nəzarət edə bilməməkləri kimi məsələlərlə bağlıdır.