Ermənistanın Baş Qərargah rəisi müdafiə nazirini saymır:<font color=red> Hərc-mərclik </font>

Dünya

27.05.2021 - 14:36

Həkimlər Klinikalar SEO Xidməti

Karapetyan isə Baş Qərargah rəisi və nazirdən asılı olmayan "kölgə lideri"dir

 

Ermənistanın Müdafiə Nazirliyində yüksək vəzifəlilər arasında qarşıdurma yaşanır. AYNA xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti yazıb.

 

Nəşrin məlumatına görə, müdafiə naziri vaqarşak Arutyunyanla Baş Qərargah rəisi Artak Davtyan arasında münasibətlər yaxşı deyil.

 

“Nazirlikdəki mənbələrimizin bildirdiyinə görə, Baş Qərargah rəisi Artak Davtyan addımlarını Arutyunyanla əlaqələndirmir. Bir qayda olaraq, fəaliyyətini nazirə demədən istədiyi kimi icra edir. Baş nazir Nikol Paşinyan isə Müdafiə Nazirliyindəki tabeçilik məsələsini həll etmək üçün heç bir addım atmır”, - deyə qəzet yazıb.

 

Bununla yanaşı, qeyd edilir ki, Baş Qərargah rəisinin birinci müavini Arşak Karapetyan nazirlikdə bir çox məsələni həll edən və ya hər şeyi istiqamətləndirən əsas şəxs hesab olunur: “Necə deyərlər, Arşak Karapetyan Baş Qərargah rəisi və nazirdən asılı olmayan Müdafiə Nazirliyinin "kölgə lideri"dir”.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş