Ermənistan təyyarələrinin Türkiyə üzərindən uçması üçün danışıqlar aparılır

Dünya

10.09.2021 - 03:13

Həkimlər Klinikalar SEO Xidməti

Xaçatryan bu məsələnin tezliklə həllinə ümid etdiyini bildirib

“Türkiyənin hava məkanının “Ermənistan” aviaşirkətinin təyyarələrinə açılması üçün danışıqlar aparılır”.

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə aviaşirkətin direktoru müavini və kommerisya müdiri Gevork Xaçatryan mətbuat konfransında deyib. O bildirib ki, 6 il aviaşirkətin təyyarələri Türkiyənin hava məkanı ilə, Türkiyə təyyarələri isə Ermənistan üzərindən uçub:

“Biz sonuncu dəfə bu ilin martında Türkiyəyə müraciət etdik, ancaq rədd cavabı aldıq. Hazırda biz Türkiyənin hava məkanı üzərindən uçmuruq. Lakin danışıqlar aparırıq və müsbət irəliləyiş var”.

Xaçatryan bu məsələnin tezliklə həllinə ümid etdiyini bildirib.

Qeyd edilir ki, Türkiyə 2020-ci ilin 9 sentyabrından Ermənistanda qeydiyyatdan keçən təyyarələrə hava məkanını bağlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş