Kvadrakopter xüsusi texniki vasitələrlə zərərsizləşdirilib
Oktyabrın 8-i saat 12:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus kvadrakopter Azərbaycan Ordusunun Kəlbəcər rayonu Qılınclı dağı istiqamətində yerləşən bölmələrinin müdafiə mövqeləri üzərində kəşfiyyat xarakterli uçuş həyata keçirməyə cəhd göstərib.
AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, bölmələrimiz tərəfindən aşkar olunan kvadrakopter xüsusi texniki vasitələrlə zərərsizləşdirilib.