Ermənistan ordusuna məxsus kvadrokopterlərin kəşfiyyat uçuşlarının qarşısı alınıb

Xəbərlər

09.07.2023 - 14:13

cedabet dərman SEO Xidməti

Müdafiə Nazirliyi məlumat yayıb

İyulun 8-də Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopterlər Ordumuzun Naxçıvan Muxtar Respublikası və Laçın rayonu ərazilərində yerləşən mövqeləri, qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter isə Xocavənd rayonu Tağaverd kəndi istiqamətində yerləşən bölmələrimizin mövqeləri üzərində kəşfiyyat xarakterli uçuşlar aparmağa cəhd göstərib.

Müdafiə Nazirliyindən AYNA-ya bildirilib ki, görülən təxirəsalınmaz tədbirlər nəticəsində mövqelərimiz üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən kvadrokopterlərin fəaliyyətinin qarşısı alınıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş