Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat tamamilə yalandır - Müdafiə Nazirliyi

Xəbərlər

22.06.2023 - 20:43

cedabet dərman SEO Xidməti

Nazirlik Ermənistan tərəfinin yaydığı məlumatı təkzib edib

İyunun 22-si saat 17:40 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə bu ölkənin Müdafiə Nazirliyinin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.

Bu barədə AYNA-ya Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

"Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda deyilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş