Ermənistan hökumətinin rəqəmlərlə manipulyasiya cəhdi

Dünya

12.05.2021 - 12:28

Həkimlər Klinikalar SEO Xidməti

Sadalanan rəqəmlər Ermənistandakı real iqtisadi vəziyyəti əks etdirmir

 

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan may ayının 10-da parlamentdə çıxışı zamanı hökumətin gəlir vergisini azaltmasına baxmayaraq, büdcəyə daxilolmaların həcminin artdığını iddia edib. 

 

2021-ci ilin aprelində 180 milyard dram (təxminən 346 milyon dollar) rekord vergi gəliri qeydə alınıb. Bu barədə isə bundan əvvəl Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan “Facebook” hesabında yazıb.

 

AYNA xəbər verir ki, Saxta.info Ermənistanın hökumət nümayəndələrinin bu açıqlamalarının əsaslı olub-olmadığını araşdırıb.

 

Nikol Paşinyanın sözlərinə görə vergi gəlirlərinin artması iqtisadi aktivliklə əlaqələndirilir.

 

Ermənistan Statistika Komitəsinin ilkin məlumatlarına görə, 2021-ci ilin yanvar-mart aylarında Ermənistanda iqtisadi aktivlik göstəricisi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2% azalıb. Eyni zamanda, bu ilin mart ayında 2021-ci ilin fevral ayı ilə müqayisədə iqtisadi fəaliyyət göstəricisi 9,6%, 2020-ci ilin martına nisbətən isə 3,8% artıb.

 

Bundan başqa 2021-ci ilin yanvar-mart aylarında sənaye istehsalının həcmi 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə 3,9% azalaraq təxminən 470 411,6 milyon dram təşkil edib. Eyni zamanda, 2021-ci ilin martında 2021-ci ilin fevralına nisbətən bu göstərici 9,1%, 2021-ci ilin martında 2020-ci ilin martı ilə müqayisədə 3,8% artıb.

 

2021-ci ilin yanvar-mart aylarında yalnız inşaat sektorunda artım qeydə alınıb. 2021-ci ilin yanvar-mart aylarında tikinti həcmi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 4,7% artaraq 48 778,6 milyon dram təşkil edib. 2021-ci ilin fevralında 2021-ci ilin fevralına nisbətən artım 23,5%, 2021-ci ilin martında isə 2020-ci ilin martına nisbətn  10,8% təşkil edir.

 

Aprel ayının rəsmi rəqəmləri hələ açıqlanmayıb. Ancaq iqtisadçı Suren Parsyan bu məsələyə aydınlıq gətirib. Onun sözlərinə görə, Ermənistanın dövlət büdcəsinin gəliri malların bahalaşması, yüksək vergi dərəcələri, vergi inzibatçılığının sərtləşdirilməsi və sahibkarların vergi yükünün ağırlaşması hesabına artıb.

 

İqtisadçının fikrincə, bu il ərzində bəzi vergi dərəcələrində, xüsusilə dizel yanacağı, benzin, alkoqol, siqaret aksiz vergilərində artım qeydə alınıb. Və 2021-ci ilin birinci rübündə mallar 5,2 % bahalaşıb. Ekspertin fikrincə, bu hal Ermənistanın dövlət büdcəsinə vergi gəlirlərinin həcminin artmasına səbəb olur.

 

İqtisadçı əlavə edib ki, məhsulun qiyməti yüksək olanda ödənilən verginin məbləği də artır: Əsas malların maya dəyərinin 7,2% artdığını deyən iqtisadçı bildirir ki, bu malların satışından büdcəyə daha çox vergi daxil olub. İqtisadçı həmçinin vurğulayıb ki, 2021-ci ilin birinci rübündə ümumi vergilərin 81,5% -ni 2020-ci ilin birinci rübündə isə 85,5% -ni təkcə 1000 böyük vergi ödəyicisi ödəyib. İqtisadçı həmçinin əlavə edib ki, vergi daxilolmalarının həcminin artması xüsusən kiçik və orta sahibkarlığın vergi yükünün artması ilə bağlı olub.

 

Əslində iqtisadçının sözləri rəsmi statistika ilə təsdiqlənir. 2020-ci ilin aprelindən bəri Ermənistanda 6,2 %, yalnız bir ayda, yəni 2021-ci ilin martından sonra 1,3 % bahalaşıb. Bu barədə statistika komitəsinin hesabatında deyilir.

 

Ən çox bitki yağı (73,5%) və şəkərin ( 41%) qiyməti qalxıb.

 

yumurta il ərzində 55,7 %

 

bitki yağı -  73,5 %

 

şəkər və dənəvər şəkər – 41%

 

2020-ci ilin aprel ayı ilə müqayisədə benzin 31,1, dizel yanacağı 11,1 % bahalaşıb.

 

Ermənistanın 2021-ci ilin dövlət büdcəsində iqtisadi artım 3,2 %,  inflyasiya  4% (± 1,5%) səviyyəsində müəyyən edilib. Bununla yanaşı Ermənistan Mərkəzi Bankı 2021-ci il üçün iqtisadi böyümə proqnozunu  əvvəlki 2% -dən 1,4% -ə qədər dəyişib.

 

Dünya Bankının hesablamalarına görəsə  Ermənistan iqtisadiyyatı 2020-ci ildə 8% azalıb. Bank bu il üçün Ermənistanda 3,1%, 2022-ci ildə isə 4,5 % artım proqnozlaşdırır. Beynəlxalq Valyuta Fondu isə Ermənistanın  ümumdaxili məhsulunda 2020-ci il üçün 7.25% azalma, 2021-ci ildə isə cəmi  1% səviyyəsində artım  gözləyir.

 

Qeyd etmək lazımdır ki, sadalanan rəqəmlər Ermənistandakı real iqtisadi vəziyyəti əks etdirmir. Daha aydın təsəvvür üçün əhəmiyyətsiz iqtisadi artım tempi ötən il Ermənistan iqtisadiyyatında baş verən kəskin azalma nəzərə alınmaqla qiymətləndirilməlidir. Saxta.info bu qənaətə gəlib ki, Ermənistan hökumətinin vergi gəlirlərinin görünməmiş artımı ilə bağlı açıqlamaları faktlarla manipulyasiya cəhdidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş