Ermənilərlə hər şey aydındır, bəs UWW niyə “kor oldu” – Döyüşə!

İdman

06.04.2022 - 15:26

Bizimlə savaşmaq istəyirsiniz? Buyurun, döyüş meydanına! Güləşmək arzusundasınız? Problem deyil!

2020-ci il müharibəsində Azərbaycan ordusunun və xalqının qələbə çalması, işğalçıların minlərlə meyiti və itkini ermənilərin ağlını başına  gətirmədi. Onlar açıq döyüşdə uduzaraq və tez-tez yalnız fəryad və isteriya ilə döyüş meydanından qaçaraq, hələ də özlərini planetin göbəyi hesab edirlər. Amma hələ də qonşularını sancmaq üçün ən kiçik fürsət axtarırlar - əgər əməllə deyilsə, onda ən azından sözlə.

Birinə heç nə olmaz, digərinə hər şey olar

Daha bir belə şans onların əlinə güləş üzrə Avropa çempionatında düşdü. Yunan-Roma güləşi üzrə turnirdə 77 kq çəki dərəcəsində Ermənistan təmsilçisi Malxas Amoyan birinci yeri tutub.

Yaxşı, udub, udub, burada nə var ki? Sonda kimsə bunu etməli idi – bu, idmandır. Ancaq bu dediklərim, normal psixikası və normal düşüncə tərzi olan insanlar üçündür. Bütün bunlar ermənilərə aid deyil. Bunu dünyada biz azərbaycanlılardan başqa kim daha yaxşı bilə bilər ki?!

Döyüş başa çatdıqdan sonra bu Malxas yüksək səslə çıxış etdi: “Avropa çempionatında türk və azərbaycanlı rəqiblər üzərində qazandığım qələbələri 2016-cı ilin dördgünlük müharibəsinin qəhrəmanlarına, həlak olan və yaralanan uşaqlara həsr edirəm. Bu böyük qələbə erməni və yezidi xalqlarına məxsusdur”.

Təbii ki, biz bunu cəfəngiyyat, axmaq adamın sözü, həqiqəti və tarixi təhrif və istehza adlandıra bilərik (2016-cı il müharibəsində ermənilərin nə qəhrəmanlığı oldu ki?) və s. Amma bütün bunlar yalnız bizim şəxsi fikrimiz olacaq. Əslində isə erməni xalqının psevdoqəhrəmanının bəyanatına rəsmi reaksiyanı rəsmi strukturlar, indiki halda Beynəlxalq Güləş Federasiyası (UWW) bildirməlidir. Məhz onlar artıq 44 gün ərzində bütün “qəhrəmanlıqlarını” hər vasitə ilə döyüş meydanlarından qaçmaqla bütün dünyaya nümayiş etdirən   ermənilərə idmanla siyasətin bir araya sığmadığını izah etməliydilər.

Amma 30 illik erməni işğalı və terroru zamanı adət etdiyimiz müxtəlif səviyyəli dünya təşkilatlarının ikili standartları bu dəfə də özünü büruzə verdi. Biri edəndə bağışlanmayan, başqası üçün məqbuldur. Və buna kifayət qədər nümunələr var. Sadəcə bir neçəsini qeyd edək.

Ancaq bəzən dünyanın “gözü açılır”

Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə oyunlarında Türkiyə millisi hərbi salam verərək, Türkiyə ordusuna və Suriyada “Sülh çeşməsi” əməliyyatına dəstək ifadə etmişdi. Və dünya dəli oldu! Türk idmançılarına qarşı nə cür ittihamlar səsləndirilmədi ki! Hətta UEFA bu məsələ ilə bağlı iş də açmışdı.

Elə bir hay-küy yarandı ki, hətta Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da vəziyyəti çox açıq şəkildə şərh etdi: “UEFA təxribatçı siyasi davranışlar görmək istəyirsə, öz qərarlarına baxsın. Biz UEFA-nın ədalətsiz siyasi mövqeyini rədd edirik. Əsgərləri salamlamaq idmançılarımızın haqqıdır. İdmançı Makronu salamlayanda heç bir sanksiya tətbiq etmirsiniz. Amma Türkiyəyə gəldikdə hər şey dəyişir. UEFA idmanın siyasiləşdirilməsinə yol verməməlidir”.

Söhbət Türkiyədən getmişkən, Almaniya millisinin türk əsilli futbolçusu Məsut Özili xatırlayaq. 2019-cu ildə o, Çin hökumətinin müsəlman uyğurlara qarşı zorakılığını pisləyən tvit yazmışdı. Və başlandı! Çin futbolçunun vaxtilə oynadığı kluba - Londonun "Arsenal"ına təzyiq göstərmək üçün hər addımı atdı - əsasən də iqtisadi. Və hər şey Özildən sadəcə olaraq komandadan ayrılmağı xahiş etmələri ilə bitdi. Baxmayaraq ki, o, şəxsi fikrini bildirmiş və heç bir şəkildə oynadığı kluba istinad etməmişdi. Amma bu, az maraq doğurdu. İkili standartlar öz bəhrəsini verdi.

İndi isə erməni “Herakı” boş-boş danışanda biz dəqiq bilirik: dünya sadəcə olaraq kor və kar olacaq. Amma eyni addımı Azərbaycan pəhləvanı atsaydı... Allah göstərməsin!

Amma biz erməni deyilik

Sonda diqqəti ermənilərin öz qələbələrini reklam etdirdiyi turnirin idman nəticələrinə cəlb etmək istərdim. Beləliklə, güləş üzrə Avropa çempionatı Azərbaycan üçün tarixi oldu. Sərbəst və yunan-Roma güləşi üzrə kişilərdən ibarət komandalar komanda hesabında Avropa çempionu olub. İkinci kim oldu... Kimi düşünürsüz? Xeyr, ermənilər deyil. İkincisi türkiyəlilərdir! Üçüncü yeri isə gürcülər tutub.

Gördüyünüz kimi, qələbə tribunasında ermənilər yox idi. Budapeştdə isə erməni deyil, Azərbaycan himni səsləndi. Amma biz təvazökar xalqıq, təkəbbürlü deyilik. Hər şeyi gözlənilən kimi etdik: qələbə qazandıq, sevindik, pəhləvanlara təşəkkür etdik - vəssalam. Baxmayaraq ki, ermənilər bunu anlamırlar.

O ki qaldı bu turnirdə “ermənilərin azərbaycanlılar üzərində “qələbə”lərinə... Yenə də düşünmək üçün faktlar.

Faktlara qarşı heç nə etmək olmur

Sərbəst güləş üzrə turnirdə 79 kq çəki dərəcəsində Arman Avaqyan 1/4 finalda həmyerlimiz Əşrəf Aşirov tərəfindən darmadağın edildi - 11:0 (!). 55 kq çəki dərəcəsində “klassiklər”dən Eldəniz Əzizli yarımfinalda Rudik Mkrtaçyanı – 7:3, 63 kq-a qədər çəki dərəcəsində isə yarımfinalda Taleh Məmmədov Xryaç Poqosyanı təslim olmağa məcbur edib – 3:1.

Son duel üzərində daha ətraflı dayanmaq istərdim. Döyüş zamanı rəqibdən geri qalan qəhrəmanımız döyüşün axarını döndərə və qələbə ilə başa vura bildi. Öz gücsüzlüyünü və qaçılmaz məğlubiyyətini hiss edən rəqib qədim erməni adət-ənənələrinə sadiq qaldı: gah Talehə gizlicə zərbə endirdi, gah da döyüş dayandırıldıqdan sonra itələyərək pəhləvanımızı təxribata çəkmək istədi. Amma Məmmədov dəmir nizam-intizam nümayiş etdirərək erməninin alçaqlığına uymadı, görüşü məntiqi yekunlaşdırdı.

“Ara, ermənilərdi də...”

Göründüyü kimi, pəhləvanlarımız şəxsi döyüşlərdə ermənilərə şans verməyib. Biz artıq komandanın nəticələri haqqında daha əvvəl danışmışıq. Amma heç kim bu vəziyyəti siyasi müstəviyə çevirməyib.

Və bunun bir izahı var. Bizdə ermənilərdən fərqli olaraq natamamlıq kompleksi yoxdur. Hər sahədə biz onlardan üstün olduğumuzu hiss edirik. Bizimlə savaşmaq istəyirlər? Buyurun, sizi döyüş meydanında məğlub edək. Güləşmək istəyirlər? Problem deyil! Gəlin sizin kürəyinizi xalçanın üstünə lazımi şəkildə qoyaq.

Məhz natamamlıq kompleksi daim “işgəncələrə məruz qalan”, “kasıb”, “əzəbkeş” qonşularımızı öz “böyüklük” sübutu üçün “dəlil” aqoniyasında çırpınmağa və həmişə klounlara bənzəməyə vadar edir: ya konyakları “ən yaxşıdır”, ya “Nuhun gəmisi Ararata yan alıb”, ya da “Kim Kardaşyan qadın şərəf və ləyaqətinin etalonudur”...

Ancaq biz bütün bunlara öyrəşmişik. Öz dilləri ilə desək, “ara, ermənilərdir də...”. Çox təəssüf ki, ermənilərin sərsəmliyi beynəlxalq strukturların diqqətindən kənarda qalır. Bu dəfə "kor" və "kar" olan UWW oldu.

Müəllif: Vüsal Əliyev