Göygöldə 2 azyaşlı göldə boğularaq ölüb

Hadisə

11.06.2026 - 19:10

Hər iki uşağın meyiti tapılaraq sudan çıxarılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Göygöl rayonu, Bəhranbağ qəsəbəsi ərazisində azyaşlıların süni göldə batması barədə məlumat daxil olub.

FHN-dən AYNA.AZ-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub.

Dalğıclar tərəfindən 2017-ci il təvəllüdlü Həsənov Ramil Rövşən oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Göldə batan digər azyaşlı, 2016-cı il təvəllüdlü Nəsibov Yusif Sərxan oğlunun da meyiti tapılıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş