Kəlbəcər və Ağdam rayonlarında etdiklərini Laçında təkrarlayırlar
Kəlbəcər və Ağdam rayonlarında olduğu kimi Laçından çıxan ermənilər burada da evləri və obyektləri yandırırlar. AYNA xəbər verir ki, düşmən bununla ekoloji terror əməllərini davam etdirir.
Sosial şəbəkələrin erməni seqmentində yayılan görüntülərdən aydın olur ki, ermənilər təkcə yanğınlar törətmir, apara bilmədikləri heyvanları öldürürlər.
Qeyd edək ki, 10 noyabr tarixli bəyanata əsasən, bu il dekabr ayının 1-dək ermənilər Azərbaycanın Laçın rayonunu tərk etməlidir.