Ermənilər daha bir məscidimizi tövləyə çevirib

Xəbərlər

26.11.2020 - 11:28

Həkimlər Klinikalar SEO Xidməti

Anar Kərimov: “Füzuli rayonunda XIX əsrə aid olan Merdinli kənd məscidi tövləyə çevrilib”

 

Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov ermənilərin işğal zamanı daha bir məscidimizə qarşı etdiyi vandalizm hərəkətləri barədə yazıb. AYNA xəbər verir ki, nazir müavini bu barədə “Twitter”də paylaşım edib.

 

“Kaş ki, Fransa Senatı birtərəfli və son dərəcə siyasiləşdirilmiş qərarlar qəbul etmək əvəzinə, gəlib ermənilərin Qarabağ ərazilərində nə etdiklərinə baxardılar. Füzuli rayonunda XIX əsrə aid olan Merdinli kənd məscidi tövləyə çevrilib”, - deyə A.Kərimov qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş