Ermənilər Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutur - RƏSMİ

Xəbərlər

17.06.2023 - 12:34

cedabet dərman SEO Xidməti

Nazirlik: "Bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülür"

İyunun 17-si saat 10:45-dən etibarən Ordumuzun Gədəbəy, Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən bölmələri Ermənistan silahlı qüvvələrinin üzbəüz mövqelərdə yerləşən bölmələri tərəfindən müxtəlif çaplı atıcı silahlardan intensiv atəşə tutulur.

Bu barədə AYNA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusu tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülür.

Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş