Erməni əsirliyində olan Aminin yeni <font color=red> FOTOSU</font>

Xəbərlər

27.11.2020 - 16:56

Həkimlər Klinikalar SEO Xidməti

Əsirin harada saxlanıldığı barədə məlumat verilməyib

 

“İnfoteka24” saytı ermənilər tərəfindən əsir götürülən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Amin Musayevin fotosunu paylaşıb. AYNA xəbər verir ki, əsirin harada saxlanıldığı barədə məlumat verilməyib.

 

Qeyri-rəsmi məlumatlara görə, azərbaycanlı əsir hazırda İrəvandadır.

 

Qeyd edək ki, noyabrın 12-də “ANNA News” “YouTube” kanalında azərbaycanlı əsirə (Amin) rusiyalı jurnalist tərəfindən tibbi yardımın göstərilməsi ilə bağlı video paylaşılıb. Həmin video erməni tərəfinin humanizm nümunəsi kimi qələmə verilsə də, sonradan ermənilərin hərbçimizə işgəncə verməsinə dair video da ortaya çıxıb.

 

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı ofisi ilə hərbi əsir haqqında hər hansı məlumatın yalnız onların ailələrinə veriləcəyini bildirib.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş