Erməni deputat: “Bizi qorxuda və susdura bilməyəcəklər”

Dünya

25.08.2021 - 14:51

Həkimlər Klinikalar SEO Xidməti

“NATO qoşunları bizi susdurmaq üçün bura gətirilsə belə, uğur qazanmayacaq”

 

“Bizi qorxutmaq, sıxışdırmaq və susdurmaq məqsədi ilə mütəşəkkil proses gedir”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri düşmən ölkə parlamentinin “Ermənistan” fraksiyasının deputatı Artur Kazinyan deyib.

 

Kazinyan müxalifətə səs verən vətəndaşları əmin edib ki, Paşinyan hakimiyyəti müxalifəti qorxuda və susdura bilməyəcək: “Biz mübarizə aparırıq və bu mübarizə dövlət, xalq naminədir. NATO qoşunları bizi susdurmaq üçün bura gətirilsə belə, uğur qazanmayacaq. Mübarizəmizi davam etdirəcəyik”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş