A PHP Error was encountered

Severity: Notice

Message: Trying to access array offset on value of type bool

Filename: drivers/Cache_file.php

Line Number: 277

Backtrace:

File: /home/aynaaz/public_html/application/helpers/post_helper.php
Line: 186
Function: get

File: /home/aynaaz/public_html/application/core/Core_Controller.php
Line: 173
Function: get_cached_data

File: /home/aynaaz/public_html/application/controllers/Home_controller.php
Line: 7
Function: __construct

File: /home/aynaaz/public_html/index.php
Line: 329
Function: require_once

Ərdoğan: “Qəzaya uğrayan təyyarə ilə bağlı araşdırma başlayıb” - Ayna.az

Ərdoğan: “Qəzaya uğrayan təyyarə ilə bağlı araşdırma başlayıb”

Dünya

12.11.2025 - 16:44

Prezident qəza nəticəsində şəhid olan hərbçilərin xatirəsini anıb

“Ötən gün Azərbaycandan havaya qalxan C130 təyyarəsi qısa müddət sonra Gürcüstan-Azərbaycan sərhədinə yaxın Siqnaxi bölgəsində qəzaya uğrayıb”. AYNA.AZ xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Prezident qəza nəticəsində 20 hərbçinin şəhid olduğunu diqqətə çatdırıb, həlak olan hərbçilərin xatirəsini anıb.

Türkiyə liderinin sözlərinə görə, hadisədən dərhal sonra müdafiə, daxili və xarici işlər nazirləri ilə əlaqə saxlayıb, sürətli şəkildə axtarış və xilasetmə işləri başladılıb.

Ərdoğan qeyd edib ki, təyyarənin qalıqlarının olduğu ərazi təhlükəsizlik məqsədilə qapadılıb, hadisə yerində 46 nəfərlik təhqiqat qrupu fəaliyyət göstərir,

"Təyyarənin qara qutusu tapılıb, ilkin araşdırma başladılıb, həlak olan hərbçilərdən 19-nun nəşi tapılıb. Son bir hərbçinin nəşi axtarılır", - Türkiyə Prezidenti vurğulayıb.

O, bu müddətdə Azərbaycan Prezidenti, daha sonra Gürcüstan Baş naziri ilə telefon danışığı apardığını bəyan edib.

Xatırladaq ki, dünən Azərbaycandan Türkiyəyə istiqamətlənən Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 20 hərbçinin hamısı həyatını itirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş