Ərdoğan Putin və Zelenskinin görüşünü təşkil etmək istəyir

Dünya

22.08.2022 - 22:50

Həkimlər Klinikalar SEO Xidməti

Türkiyə Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həllinə çalışır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna dövlət başçıları - Vladimir Putin və Volodimir Zelenski arasında görüş təşkil etmək niyyətindədir.

AYNA “Haber Global”a istinadən xəbər verir ki, Ərdoğan bu barədə Nazirlər Kabinetinin toplantısından sonra mətbuata bəyanatlarla çıxışında məlumat verib.

Onun sözlərinə görə, Türkiyə Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həllinə çalışır: “Hədəfimiz yaxın tarixdə Putinlə Zelenski arasında İstanbulda görüş təşkil edərək bu böhranı kökündən həll etməkdir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş