Ərdoğan, Putin və Zelenski Türkiyədə görüşə bilərlər

Dünya

16.02.2022 - 15:26

Həkimlər Klinikalar SEO Xidməti

Türkiyə Prezidenti: “Əgər cənab Putin bu məsələyə müsbət yanaşarsa..."

Rusiya Prezidenti Vladimir Putindən müsbət cavab alınarsa, çox güman ki, Ankara və ya İstanbulda Rusiya, Ukrayna və Türkiyə liderlərinin iştirakı ilə üçtərəfli görüş keçiriləcək. AYNA "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Əgər cənab Putin bu məsələyə müsbət yanaşarsa, ümid edirəm ki, biz İstanbulda və ya Ankarada Ukrayna Prezidenti Volodimir Zelenski ilə birlikdə görüşə bilərik. Bu arada, onunla telefonla danışarkən buna necə baxdığını ondan öyrənmək istəyirəm. Buna uyğun olaraq, çalışacağıq. Çünki regionda real müharibə pis əlamətdir”, - deyə Türkiyə Prezidenti bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş