“Qərb təkcə Netanyahunun deyil, həm də onun administrasiyasının vəhşiliklərinə göz yumur”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Baş naziri Benyamin Netanyahunun iflasa uğramaq ərəfəsində olduğunu deyib. AYNA “Anadolu” agentliyinə istinadən bildirir ki, Ərdoğan Qətərdən qayıtdıqdan sonra belə açıqlama verib.
“İsrailin Baş naziri Netanyahu indi çöküş, iflas vəziyyətindədir. O, bunu istədiyi vaxt elan edə bilər”, - deyə Türkiyə lideri vurğulayıb.
Ərdoğan əlavə edib ki, Qərb təkcə Netanyahunun deyil, həm də onun administrasiyasının vəhşiliklərinə göz yumur: “Xoşbəxtlikdən, oktyabrın 7-dən etibarən Qərbin İsraillə bağlı fikirləri xeyli dəyişib”.