Ərdoğan: "Erməni silahlı dəstələri Azərbaycanın ərazilərindən tamamilə çıxarılmalıdır"

Xəbərlər

31.03.2022 - 15:44

Həkimlər Klinikalar SEO Xidməti

Türkiyə Prezidenti: "Azərbaycan Üçtərəfli Bəyanatın bəndlərinə tam əməl edir"

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycanın Üçtərəfli Birgə Bəyanatın bəndlərinə tam əməl etdiyini deyib.

AYNA-nın xəbərinə görə, Türkiyə Prezidenti jurnalistlərə açıqlamasında Azərbaycan tərəfindən heç bir pozuntunun olmadığını qeyd edib.

“Burada Azərbaycana hücum olduğu üçün müdafiə reaksiyası da oldu. Əsas odur ki, Üçtərəfli Bəyanatın bəndlərinə uyğun olaraq, erməni silahlı dəstələrinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən tamamilə çıxarılması təmin edilsin”, - deyə o bildirib.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş