Ərdoğan and içib

Dünya

03.06.2023 - 16:47

Həkimlər Klinikalar SEO Xidməti

Ərdoğan seçkilərdə 52,18 faiz səslə qalib gəlib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan and içib. AYNA xəbər verir ki, tədbir Türkiyə Böyük Millət Məclisində (TBMM) keçirilib.

Bununla da R.T.Ərdoğan yeni prezidentlik dövrü üçün səlahiyyətlərinin icrasına başlayıb.

Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 %-dən çox səs toplaya bilməyib.

Mayın 28-də keçirilən ikinci turda “Cümhur İttifaqı"nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri Rəcəb Tayyib Ərdoğan 52,18 faiz səslə qalib gəlib.

Qeyd edək ki, R.T.Ərdoğan 1954-cü ildə anadan olub. O, 2003-cü ildən 2014-cü ilədək Türkiyənin Baş naziri olub.

2014 və 2018-ci illərdə dövlət başçısı seçilib.

Müəllif: Ayna.az