Ərdoğan Albayrakın istefasını qəbul edib

Dünya

10.11.2020 - 01:15

Həkimlər Klinikalar SEO Xidməti

Albayrak ötən gün səhhətində yaranan problemə görə istefaya getdiyini açıqlayıb

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xəzinədarlıq və maliyyə naziri Berat Albayrakın istefasını qəbul edib. AYNA xəbər verir ki, bu barədə Türkiyə liderinin dəftərxanasından bildirilib.

 

Qeyd edək ki, Xəzinədarlıq və maliyyə naziri Berat Albayrak ötən gün səhhətində yaranan problemə görə istefaya getdiyini açıqlayıb. Bu barədə o, özünün "Instagram"dakı hesabında yazıb.

 

"Mən beş illik işdən sonra səhhətimlə əlaqədar nazir kimi fəaliyyəti davam etdirməmək barədə qərar qəbul etdim", - Albayrak İnstaqramdakı səhifəsində qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş