Əmircanda məhəllədaxili yollar təmir edilir

Xəbərlər

10.06.2022 - 18:39

Həkimlər Klinikalar SEO Xidməti

Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır

Bu ilin “İnvestisiya Proqramı”na əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxtın Suraxanı rayonunun Əmircan qəsəbəsində Atamoğlan Rzayev küçəsinin məhəllədaxili yollarında təmir işləri aparılır.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AYNA-ya verilən məlumata əsasən, uzunluğu 650 metr, eni ortalama 6 metr təşkil edən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.

Yenidənqurma işləri çərçivəsində küçəboyu zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının və küçənin profilə salınması işləri görülüb. Təmir işləri 3800 kvadratmetrdən çox sahəni əhatə edib. Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.

“İnvestisiya Proqramına” əsasən, Suraxanı rayonu üzrə təmir işləri Bülbülə qəsəbəsinin 600 metr uzunluğa malik Samir Əliyev və Qaraçuxur qəsəbəsinin ümumi uzunluğu 2500 metr olan Şərq yaşayış massivinin yollarında da davam edir.

Ümumilikdə, agentlik tərəfindən 2021-ci ildə Suraxanı rayonu ərazisində ümumi uzunluğu 18,5 kilometr təşkil edən küçə təmir olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş