Ekvadorda həbsxanada qarşıdurmada: 6 məhbus ölüb

Dünya

07.10.2023 - 11:18

İnsidentdə yaralanan şəxslərin sayı barədə məlumat verilmir

Ekvadorun Quayas əyalətindəki həbsxanada baş verən qarşıdurmada azı altı məhbus həlak olub.

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə məhbuslarla bağlı xidmət “X” sosial şəbəkəsində məlumat yayıb.

"Quayasdakı 1 saylı kişilər üçün təcridxanada insident baş verib, 6 nəfər həlak olub", - məlumatda bildirilir.

Yaralıların sayı barədə məlumat verilmir.

Penitensiar müəssisənin rəhbərliyi hadisənin səbəbini araşdırır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş