Ekvadorda həbsxanada iğtişaşlar olub: 10 nəfər ölüb

Dünya

13.11.2024 - 02:05

Həkimlər Klinikalar SEO Xidməti

El Litoral həbsxanasının yanında yerləşən evlərin sakinləri partlayış və atışma səsləri eşidiblər

Ekvadorun Quayakil şəhərindəki həbsxanada iğtişaşlar nəticəsində 10-a yaxın məhbus həlak olub, eyni sayda məhbus yaralanıb. AYNA xəbər verir ki, bu barədə “Ecuavisa” telekanalı məlumat yayıb.

Bildirilib ki, El Litoral həbsxanasının yanında yerləşən evlərin sakinləri partlayış və atışma səsləri eşidiblər. Baş verənlərlə bağlı hələlik rəsmi məlumat yoxdur.

Qeyd edək ki, son illər Ekvadorda həbsxanalarda iğtişaşların kəskin artması müşahidə olunur. Keçən iyul ayında səlahiyyətlilər eyni gündə baş verən bir neçə iğtişaşdan sonra ölkədəki bütün həbsxanalarda 60 günlük fövqəladə vəziyyət elan etdilər. Yanvarın 9-da ölkə Prezidenti Daniel Noboa ölkədə daxili silahlı münaqişənin mövcudluğunun tanınması haqqında fərman imzalayıb və 22 cinayətkar qrupun zərərsizləşdirilməsinə göstəriş verib.

Müəllif: Ayna.az