İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun İstanbul Baş Polis İdarəsində terror istintaqı çərçivəsində verdiyi ifadəsi tamamlanıb.
AYNA.AZ-ın xəbərə görə, İmamoğlunun verdiyi ifadə 5 saat davam edib.
Qeyd edək ki, İstanbul Baş Prokurorluğu iki ayrı istintaq üzrə Əkrəm İmamoğlu da daxil olmaqla, 106 nəfərin həbsi ilə bağlı qərar çıxarıb.
İş üzrə artıq 90 nəfər həbs edilib. Əkrəm İmamoğlu PKK terror təşkilatı ilə əməkdaşlıq, korrupsiya və rüşvət maddələri ilə ittiham edilir. Onun bu gün axşam hakim qarşısına çıxarılacağı gözlənilir.
Qeyd edək ki, dünən Əkrəm İmamoğlu 3 saat 40 dəqiqə çəkən proses zamanı 121 səhifəlik ifadə verib.
İmamoğlu bir çox suala "Mən bu suala cavab vermirəm. Bütün iddiaları qətiyyətlə rədd edirəm" deyərək cavab verib.