Aeroporta partlayıcı keçirmək istəyən şəxs tutulub
Əfqanıstanın təhlükəsizlik xidmətləri Herat şəhər aeroportunda, yaxud təyyarədə mümkün partlayışın qarşısını alıb. AYNA xarici mediaya istinadən bildirir ki, şübhəli şəxs saxlanılıb.
Qeyd edilir ki, artist qiyafəsinə girmiş cinayətkar Kabil reysinə skripkada gizlədilmiş partlayıcı keçirməyə cəhd edərkən tutulub. Xüsusi xidmət orqanları onu təkrar yoxlama zamanı yaxalayıb. Hadisənin digər təfərrüatları açıqlanmır.