“Taliban”ın hücumları nəticəsində 300-dən çox təhlükəsizlik işçisi həlak olub
Fevralın 29-da ABŞ ilə “Taliban” hərəkatı arasında sülh anlaşması əldə olunmasına baxmayaraq, “Taliban” yaraqlılarının Əfqanıstanda həyata keçirdikləri 2804 silahlı hücumda, təxminən 300-dən çox təhlükəsizlik işçisi dünyasını dəyişib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, yaraqlılar bu müddət ərzində tez-tez hərbi və polis bölmələrini hədəf alaraq qanlı toqquşmalara səbəb olublar.
Əfqanıstan Milli Təhlükəsizlik Şurasının məlumatına görə, təhlükəsizlik qüvvələrinin cavab olaraq həyata keçirdiyi hücumlarda ölən və yaralanan “Taliban” yaraqlılarının sayı 2737 nəfərə çatıb.
Son bir həftə ərzində isə “Taliban” tərəfindən təşkil olunan silahlı və bombalı hücumlarda 34 mülki şəxs və 61 təhlükəsizlik işçisi həlak olub.