Əfqanıstanda terror qurbanlarının sayı artır

Dünya

13.05.2020 - 12:16

Hücumu təşkil edən bütün yaraqlılar təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib

 

Kabildə  xəstəxanaya edilən hücum nəticəsində ölənlərin sayı 24-ə, yaralı sayı isə 16-ya çatıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib. Son məlumatda 13 ölü və 15 yaralının olduğu bildirilən açıqlamada qeyd edilib ki, vəziyyəti ağır olanlar var.

 

Məlumat üçün deyək ki, çərşənbə axşamı günü intihar edən bir şəxs Əfqanıstanın paytaxtı Kabildəki bir xəstəxananın girişində partlayış edib. Bundan sonra bir qrup yaraqlı xəstəxana binasına basqın ediblər. Nəticədə tibb işçilərinin yalnız bir hissəsi binanı tərk edə bilib. Daha əvvəl bildirilib ki, tibb müəssisəsi beynəlxalq humanitar təşkilat olan Sərhədsiz Həkimlər Təşkilatı (MSF) tərəfindən dəstəklənir. Hücumu təşkil edən bütün yaraqlılar təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib.

 

Xatırladaq ki, xəstəxanaya hücumdan əlavə Nangarhar əyalətinin rayonlarından birinin polis rəhbərinin dəfni mərasimində də terror hadisəsi baş verib. Vilayət qubernatorunun nümayəndəsi Atoll Hogiyani, cənazədə partlayış nəticəsində 24 nəfərin öldüyünü, 68 nəfərin yaralandığını deyib. Baş verənlərə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Müəllif: Ayna.az