Əfqanıstanda qadınlar aksiya keçirib, ölənlər var

Dünya

13.08.2022 - 17:32

Mitinqi yatırmaq məqsədilə atəş açılıb

Bu gün Əfqanıstanın paytaxtı Kabildə qadınlar aksiya keçirib. AYNA Rusiya mətbuatına istinadən xəbər verir ki, onlar “Taliban”ın ölkəyə girməsinin 1 ili münasibətilə küçələrə çıxıblar.

Qadınlar azadlığın, eləcə də təhsil və işləmək hüququnun müdafiəsi şüarları ilə çıxış ediblər. Hakimiyyət nümayəndələri mitiqi yatırmaq məqsədilə atəş açıblar. Aksiyada ölənlərin olduğu bildirilir.

Xatırladaq ki, Əfqanıstanda “Taliban” hakimiyyətə gələndən qadınlarla bağlı sərt qanunlar qəbul edir.

Müəllif: Ayna.az