Televiziya əməkdaşları silahlı hücumla öldürülüblər
Əfqanıstanda jurnalist qətlə yetirilib. AYNA xarici mediaya istinadən bildirir ki, “ARIANA” telekanalının aparıcısı Fardin Amininin həmkarları bildiriblər ki, jurnalist müəmmalı hücum nəticəsində öldürülüb.
Kabil polisi jurnalistin ölümünü təsdiqləsə də, hadisənin detalları hələlik açıqlanmayıb.
Məlumata görə, dünən Nanqarhar əyalətində də “Enikass” TV kanalının qadın aparıcısı silahlı hücum nəticəsində qətlə yetirilib.