“İslam qanunlarına və milli dəyərlərə zidd olmayan bütün beynəlxalq qanunlara, sazişlərə, qətnamə və öhdəliklərə sadiqik”
Əfqanıstanda bundan sonra şəriət qanunları ilə idarə ediləcək. AYNA xarici mediaya istinadən bildirir ki, bunu “Taliban”ın lideri Heybətulla Axundzadə bildirib. Onun sözlərinə görə, gələcəkdə Əfqanıstanda bütün idarəçilik və həyat tərzi müqəddəs İslam qanunları ilə tənzimlənəcək.
“Biz öz qonşularımızla və digər ölkələrlə hörmətə və qarşılıqlı fəaliyyətə əsaslanan möhkəm, sağlam münasibətlər qurmaq istəyirik. Bu ölkələrlə bizim münasibətlərimiz Əfqanıstanın maraqlarına və mənfəətinə əsaslanacaq. Biz İslam qanunlarına və milli dəyərlərə zidd olmayan bütün beynəlxalq qanunlara, sazişlərə, qətnamə və öhdəliklərə sadiqik”, - deyə Axundzadə vurğulayıb.