Əfqan hərbçilərinin “Taliban”la döyüşlərindən <font color=red> VİDEO</font>

Dünya

19.07.2021 - 00:34

Kadrlardan görünür ki, qarşıdurmalar Qunar əyalətində baş verib

 

Əfqanıstan Müdafiə Nazirliyi ordusunun “Taliban” yaraqlıları ilə apardığı döyüşlərin videosunu yayıb. AYNA xəbər verir ki, görüntülər “Hərbi Müşahidəçi” adlı  “Telegram” kanalında yayımlanıb.

 

Kadrlardan görünür ki, qarşıdurmalar Qunar əyalətində baş verib. Əfqan hərbçilər RPQ və pulemyotlardan dağlardakı “Taliban” mövqelərinə atəş açırlar.

 

Qeyd edək ki, Əfqanıstan Baş nazirinin birinci müavini Əmrullah Saleh Pakistanı “Taliban”ın əməliyyatlarına müəyyən bölgələrdə birbaşa hava dəstəyi verməkdə günahlandırmışdı.

 

Pakistan Xarici İşlər Nazirliyi isə bu açıqlamanı təkzib edib.

 
Müəllif: Ayna.az