Çoxlu ölən və yaralananların olduğu bildirilir
Bu gün Yəmən hökuməti nazirlərinin gəlişi zamanı Ədən şəhərindəki aeroporta üç minomyot mərmisi atılıb. AYNA xarici mediaya istinadən bildirir ki, atəş nəticəsində çoxlu sayda ölən və yaralananlar var.
Ölən və yaralananlar barədə dəqiq məlumat açıqlanmayıb. Nazirlər Kabinetinin üzvlərindən heç birinə ziyan dəymədiyi qeyd edilir. Hücum zamanı onlar mərmilərin düşdüyü yerdən uzaqda, yenicə eniş etmiş təyyarədə olublar. Sonradan nazirlər güclü mühafizə altında Prezident sarayına aparılıblar.
Bəzi mənbələrə görə, hadisə nəticəsində 5 nəfərin həlak olduğunu, 20-dən çox insanın yaralandığı barədə xəbər yayıblar.
“Al Hadath” telekanalının məlumatına görə, bu barədə Yəmən hökumətinin nümayəndəsi isə bildirib ki, hücumda azı 27 nəfər ölüb, onlarla insan yaralanıb.