Düşmən sosial şəbəkələrdə əsgərimizə aidiyyəti olmayan videolar paylaşır

Xəbərlər

15.10.2020 - 17:44

Müdafiə Nazirliyi: “Ermənilər tərəfindən səhnələşdirilən bu videolar təxribat xarakteri daşıyır”

 

Son günlər sosial şəbəkələrdə guya Azərbaycan Ordusunun hərbi qulluqçularının erməni əsirlərinə qarşı kobud davranması barədə videolar yayılıb.

 

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə ermənilər tərəfindən səhnələşdirilən bu videolar təxribat xarakteri daşıyır. Bu videoların Azərbaycan hərbi qulluqçularının döyüş fəaliyyətinə heç bir aidiyyəti yoxdur.

 

“Bir daha xatırladırıq ki, Azərbaycan Ordusu hərbi qanunvericiliyə uyğun olaraq Cenevrə Konvensiyasının tələblərinə tam riayət edir”, - deyə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatında xüsusi vurğulanıb.

Müəllif: Ayna.az