Düşmən cəbhənin bir neçə istiqamətindən hücuma cəhd edib

Xəbərlər

03.11.2020 - 16:57

Ağır itkilərə məruz qalan ermənilər geri çəkilməyə məcbur edilib

 

Noyabrın 3-də Ermənistan silahlı qüvvələri cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətində hücuma keçməyə cəhd göstərib.

 

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, bölmələrimiz tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən hücumunun qarşısı alınıb və o, ağır itkilərə məruz qalaraq geri çəkilməyə məcbur edilib. Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

Müəllif: Ayna.az