Dünyada virusa yoluxanların sayı 2,7 milyon nəfəri keçib
Dünya üzrə koronavirusa yoluxanların sayı 2 milyon 726 min 752 nəfərə yüksəlib. AYNA "Worldometer" saytına istinadən xəbər verir ki, son statikstikaya görə, koronavirusdan ölənlərin sayı 191 min 81 nəfərə, sağalanların sayı 749 849 nəfərə çatıb.
ABŞ yoluxma və ölüm sayına görə birinci yerdədir. Cons Hopkins Universitetinin paylaşdığı məlumatlara görə, ölkədə COVID-19-a yoluxanların sayı 869 min 172 nəfərə çatıb. 49 min 963 adam isə virusun qurbanı olub.
Digər ölkələrdə koronavirusa yoluxma sayı belədir:
İspaniya 213 min 24, İtaliya 189 min 973, Fransa 158 min 183, Almaniya 153 min 129, Böyük Britaniya 138 min 78, Türkiyə 101 min 790, İran 87 min 26, Çin 82 min 804, Rusiya 62 min 773, Braziliya 50 min 36 Belçika 42 min 797, Kanada 42 min 110, Niderland 35 min 729, İsveçrə 28 min 496, Hindistan 23 min 502, Portuqaliya 22 min 353, Peru 20 min 914, İrlandiya 17 min 607, İsveç 16 min 755, Avstriya 15 min 2 , İsrail 14 min 803, Səudiyyə Ərəbistanı 13 min 930, Yaponiya 13 min 80, Çili 11 min 812, Meksika 11 min 633, Ekvador 11 min 183, Sinqapur 11 min 178, Pakistan 11 min 155, Cənubi Koreya 10 min 708, Polşa 10 min 511 və Rumıniya 10 min 96 nəfər.