Dünyada COVID-19-la bağlı son vəziyyət

Dünya

09.07.2020 - 06:42

Pandemiya ərzində virusdan 6 533 436 pasiyent sağalıb

 

Dünyada COVID-19-a yoluxma halları 12 007 327 təşkil edir.

 

AYNA xəbər verir ki, bu barədə ABŞ-ın federal və yerli hakimiyyət oranlarının, həmçinin dünya KİV-lərinin, digər açıq mənbələrin statistikasını aparan Cons Hopkins Universiteti bildirib.

 

Universitetin məlumatına görə, dünyada koronavirusdan 548 799 pasiyent ölüb. Bununla yanaşı, pandemiya ərzində virusdan 6 533 436 pasiyent sağalıb. Qeyd edək ki, dünyada koronavirusa ən çox yoluxma və ölüm ABŞ-da qeydə alınıb. Siyahıda ikinci yerdə Braziliya qərarlaşıb.

Müəllif: Ayna.az