Dünən törədilən 24 cinayətin üstünü “isti izlər”lə açılıb

Xəbərlər

04.09.2020 - 14:05

Axtarışda olduğuna görə ümumilikdə 34 nəfər saxlanılıb

 

Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 24 cinayətin üstünü “isti izlər”lə açıblar. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalmış dörd cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 34 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarılan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında baş vermiş iki ağır yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, bir nəfər xəsarət alıb.

 

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş