Dünən 11 nəfər aktiv COVID xəstəsi ictimai yerlərdə saxlanılıb

Xəbərlər

27.08.2021 - 11:53

4 nəfərə cinayət işi açılıb

 

Avqustun 26-da daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

 

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 4 nəfər barəsində cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.

Müəllif: Ayna.az