DSX-nın hərbi hissələrində "Açıq qapı" günü keçirilib - FOTOLAR

Xəbərlər

30.04.2025 - 14:42

Həkimlər Klinikalar SEO Xidməti

Hərbi qulluqçuların valideynləri, yaxınları və ictimaiyyət nümayəndələri şəraitlə yaxından tanış olublar

Dövlət Sərhəd Xidmətinin(DSX) hərbi hissələrində şəffaflıq və ictimaiyyətlə əlaqələrin genişləndirilməsi məqsədilə "Açıq qapı" günü keçirilib. DSX-dan AYNA.AZ-a verilən məlumata görə, tədbir çərçivəsində hərbi qulluqçuların valideynləri və yaxınları, həmçinin ictimaiyyət nümayəndələri hərbi hissələrdə yaradılan şəraitlə yaxından tanış olub, sərhədçilərin xidməti və sosial-məişət şəraiti barədə ətraflı məlumat alıblar.

Qonaqlara gənc sərhədçilərin peşə hazırlığı, fiziki və taktiki hazırlıq səviyyələri, həmçinin xidmət zamanı göstərdikləri yüksək nizam-intizam barədə məlumat verilib.

Tədbir zamanı qonaqlar sərhədçilərin vətənə, xalqa və Müzəffər Ali Baş Komandana sədaqətindən, eləcə də yüksək peşəkarlıq səviyyəsindən məmnunluqlarını bildirib, yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Sonda xidmətdə fərqlənmiş bir qrup hərbi qulluqçuya valideynlərin iştirakı ilə fəxri fərman təqdim olunub, xatirə fotoşəkili çəkilib.

DSX-nın hərbi hissələrində "Açıq qapı" günü keçirilib - DSX-nın hərbi hissələrində "Açıq qapı" günü keçirilib -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş