DSMF-nin 2024-cü il büdcəsi haqqında qanun layihəsi qəbul edilib

İqtisadiyyat

05.12.2023 - 13:09

Fondun 2024-cü il büdcəsinin gəlirləri və xərcləri bərabər olacaq

Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

AYNA xəbər verir ki, qanun layihəsinə əsasən, Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsinin gəlirləri və xərcləri bərabər olmaqla 6 919 860 000 manat olacaq.

Müzakirələrdən sonra qanun layihəsi müzakirəyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Müəllif: Ayna.az