Dövriyyədə olan ödəniş kartlarının sayı artıb

Xəbərlər

25.07.2023 - 16:42

cedabet dərman SEO Xidməti

Ödəniş kartlarında artım debet kartları üzrə 17.7 faiz, kredit kartları üzrə 26.3 faiz təşkil edib

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə dövriyyədə olan ödəniş kartlarının sayı iyun ayının sonunda ötən aya nəzərən 299 min ədəd artaraq 15 milyon 40 min ədəd təşkil edib. AYNA xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilib.

Qeyd edilib ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 18.8 faiz artıb.

Ödəniş kartlarında artım debet kartları üzrə 17.7 faiz, kredit kartları üzrə 26.3 faiz təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 107 min, kredit kartları 421 min, digər kartlar isə 1.7 milyon ədəd artıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş