Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələr verilib

Xəbərlər

12.02.2021 - 15:51

Prezident İlham Əliyev Sərəncam imzalayıb

 

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

 

AYNA-nın xəbərinə görə, sərəncama əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aşağıdakı əməkdaşlarına 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilib:

 

Məmmədov Azər Oqtay oğlu – İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin rəisi

 

Şirinov Natiq Telman oğlu – İqtisadi Təhlil və Uçota Nəzarət Baş İdarəsinin rəisi.

Müəllif: Ayna.az