Dövlət Departamenti Bolsonaronun ABŞ-a girişinə icazə verib

Dünya

28.10.2026 - 11:38

"Bolsonaroya və ailə üzvlərinə viza və ABŞ-a girişinə icazə veriləcək"

ABŞ administrasiyası Braziliya prezident seçkilərində məğlub olan və əvvəllər ölkədən qaçan senator Flavio Bolsonaroya ABŞ vizası verib. AYNA.AZ xəbər verir ki, bu barədə “Associated Press” ABŞ Dövlət Departamentinin yüksək vəzifəli məmuruna istinadən məlumat yayıb.

ABŞ Dövlət Departamentinin rəsmisinin sözlərinə görə, "Bolsonaroya və ailə üzvlərinə viza və ABŞ-a girişinə icazə veriləcək".

Daha əvvəl “CNN Brasil” mənbələrə istinadən Bolsonaronun səyahətinə məhkəmə qadağasına baxmayaraq Braziliyadan qaçdığını bildirmişdi. Kanalın məlumatına görə, Braziliyanın keçmiş Prezidenti Jair Bolsonaronun oğlu ailəsi ilə birlikdə ABŞ-a səfər edib. Daha sonra Braziliya Prezidenti Luis İnasio Lula da Silva Flavio Bolsonaronun ölkədən getməsindən xəbərdar olduğunu təsdiqləyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş