Dövlət başçısı İTV-yə maliyyə yardımı ayırıb

Xəbərlər

24.05.2022 - 16:13

Həkimlər Klinikalar SEO Xidməti

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir

Prezident İlham Əliyev İctimai Televiziya və Radio Yayımları Şirkətinə (İTV) maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb. AYNA xəbər verir ki, 2024-cü ildə Fransanın Paris şəhərində keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarının yayım hüququnu Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinin əldə etməsi üçün Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan İTV-yə 640 min ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti isə bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir. Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş